ABŞ mediasına danışan erməni: "Sürətli hücum edirlər, üstümüzə robot kimi gəlirlər"


“New York Times” media orqanının rusiyalı müxbiri Anton Troyanovski cəbhədəki erməni hərbçilərdən müsahibə götürüb.
Yeniavaz.com
“New York Times”a istinadla xəbər verir ki, Qarabağdakı döyüşlərdən danışan Tiqran Saakyan Anton Troyanovskiyə verdiyi müsahibəsində Azərbaycan Ordusu ilə mübarizə apara bilməyəcəklərini deyib:
“O qədər sürətli hücum edirlər ki, onlarla mübarizə apara bilmirik. Demirəm ki, biz qorxmuruq, hamımız qorxuruq. Döyüş meydanından qaçmırlar. Birini vurursan, ikisini vurursan, üçünü vurursan, dayanmırlar yenə gəlməyə davam edirlər. Üstümüzə robot kimi gəlirlər”.
Erməni hərbçi müsahibəsinin davamında çox sayda canlı qüvvə itirdiklərini və ümidsizliyə qapıldıqlarını etiraf edib. 

DİGƏR XƏBƏRLƏR

Top