İrəvanda məxfi görüş: Paşinyan seperatçıların keçmiş liderlərilə bir araya gəlib – VİDEO


İşğal altında olan Qarabağdakı seperatçı rejimin keçmiş başçıları Bako Saakyan və Arkadi Quqasyanın İrəvana gələrək Baş nazir Nikol Paşinyanla görüşdüyü bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.
Ermənistan hökumətinin sözcüsü Mane Qriqoryan 168.am xəbər saytına verdiyi açıqlamada bildirib ki, onda bu görüş barədə heç bir məlumat yoxdur.
Hökumət keçirilən görüşü gizli saxlamağa çalışsa da, 168.am xəbər saytı keçmiş liderlərə məxsus avtomobillərin Hökumət evindən çıxdığına dair video görüntüləri yayıb. 
Məlumat üçün bildirək ki, son saatlarda Ermənistanda Hökumət evində ardı-arda toplantılar keçirilir. Baş nazir Nikol Paşinyan ölkə Prezidentinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirib. Eyni zamanda Paşinyan parlamentdə təmsil olunmayan siyasi partiya nümayəndələri ilə bir araya gəlib. Seperatçıların keçmiş liderləri ilə görüşdən sonra isə Paşinyan partiyasının Parlamentdə təmsil olunan deputatları ilə görüşüb.
168.am saytının yaydığı və qısa müddətdən sonra hökumətin təzyiqi ilə sosial şəbəkələrdən silinən həmin videonu təqdim edirik.
 

 

DİGƏR XƏBƏRLƏR

Top