FTB: Təyyarənin göyərtəsində terror aktı əlaməti aşkarlanmayıb

Soçidə qəzaya uğramış “Tu-154” təyyarəsinin qalıntılarına baxış zamanı terror aktı və ya diversiya əlamətləri aşkarlanmayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Federal Təhqiqat Bürosunun (FTB) məlumatında deyilir. Bürodan bildiriblər ki, təyyarənin göyərtəsində qəzaya səbəb ola biləcək hərbi yük və təhlükəli maddələri olmayıb. Qəzanın əsas versiyaları kənar əşyaların mühərrikə dəyməsi, keyfiyyətsiz yanacaq, səhv idarəetmə və texniki nasazlıqdır. Qeyd edək ki, ötən gün Qara dənizə düşən təyyarənin göyərtəsində 8 heyət üzvü və 84 sərnişin olub, onların hamısı həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top