Azərbaycanda COVID-19-a yoluxanların sayı azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bu gün COVID-19-dan 4 ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, dünən (18 oktyabr) ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınmışdı, 134 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top