Ərdoğan: "Minsk qrupu Ermənistana silah verir"


Türkiyə prezidenti Recep Tayyip Ərdoğan ATƏT-in Minsk qrupunun Ermənistana silah verdiyini bildirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan yeni çıxışında Rusiya, Fransa və ABŞ-ın Ermənistana silah verdiyini bildirib:
“ABŞ, Rusiya və Fransa Ermənistanın tərəfində yer alıb. Ermənistana hər cür silah dəstəyi verirlər. Hazırda azəri qardaşlarımız ermənilərə qarşı ciddi bir mübarizə aparır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini xilas etmək üçün bu mübarizəni aparırlar. Rəbbim yardımçıları olsun, inanıram ki, bu torpaqları ermənilərdən xilas edəcəklər”.
Ərdoğan çıxışının davamında Ermənistanın atəşkəs rejiminə riayət etmədiyinə və heç bir qərb ölkəsinin buna səs çıxarmadığına da diqqət çəkib.

DİGƏR XƏBƏRLƏR

Top