Gömrükdən dövlət büdcəsinə daxil olan vəsait artıb, yoxsa azalıb?

"Dövlət Gömrük Komitəsi 2015-ci ilin 11 ayında dövlət büdcəsinə 1 milyard 592 milyon manat cəlb etmişdi, bu ilin 11 ayında 2 milyard 230 milyon. manat cəlb ediib - 638 milyon manat (40%) artım var. Bu artımın real vergi bazasının genişlənməsi, Komitənin idxalın leqallaşdırılması fəaliyyəti ilə əlaqəsi varsa da, nəzərə alınmayacaq dərəcədə kiçikdir". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert bildirib ki, səbəb manatın dəyərdən düşməsidir: "Belə ki, idxal dollarla həyata keçirilsə də, vergi və rüsumlar xarici ticarət əməliyyatlarının rəsmiləşdirildiyi tarixə rəsmi məzənnə ilə hesablanır və büdcəyə köçürülür. Bizdə ixrac vergidən azad olduğu üçün gömrük sisteminin yığımları idxal hesabına formalaşır. 2015-ci ilin 11 ayında 8 milyard 200 milyon dollar idxal, həmin dövr üzrə orta məzənnə 1,05 olmuşdu. Deməli idxalın manatla vergiyə cəlb edilən həcmi 8 milyard 600 milyon manat təşkil edib. Gömrük yığmlarının idxalın dəyərinə nisbəti isə 18.5% olub.
İndi 2016-cı ilin 11 ayına baxaq: idxal 7 milyard 7 milyon dollar, dövrün sonuna orta məzənnə 1,6 manat. Deməli, idxalın manatla vergiyə cəlb edilən həcmi 12 milyard 300 milyon manat təşkil edib. Gömrük yığmlarının idxalın dəyərinə nisbəti isə 18.1% olub.
Göründüyü kimi, əvvəla idxalın manatla dəyərində 4 milyard manata yaxın artım var. Başqa tərəfdən isə yığımların idxalın dəyərinə nisbətində hələ 0.4%-lik azalma var (18.5%-dən 18.1%-ə enib)".

DİGƏR XƏBƏRLƏR

Top