İrana qarşı tətbiq edilən silah-sursat embarqosu ləğv edildi


BMT tərəfindən 2007-ci ildən İrana silah-sursatın idxal və ixracına qoyulan embarqo bu gün ləğv edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Cavad Zərif “twitter” hesabında məlumat verib.
“Beynəlxalq ictimaiyyət ABŞ-ın səylərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini müdafiə etdi”, - deyə o qeyd edib.
Cavad Zərif bildirib ki, bu qətnamədə İranın nüvə silahı yaratmaq və ya əldə etmək cəhdlərindən imtina etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planının qəbul edildiyi deyilir.
 

DİGƏR XƏBƏRLƏR

Top