Cəbhədə qurbanlar kəsilərək əsgərlərə paylanılıb - FOTO


Azərbaycan ordusunun qazandığı qələbələr cəbhə bölgəsində yaşayan sakinlərdə ruh yüksəkliyinə səbəb olub. Ard-arda gələn zəfər xəbərləri xalqımızın ordumuza qarşı olan inamını daha da artırır.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Füzuli rayonunun kəndlərindən birində son qələbələr münasibətilə qurbanlar kəsilib. Qazilərdən və Qarabağ Müharibəsi əlillərindən ibarət bir qrup vətənsevər vətəndaş tərəfindən gətirilən qurbanlıq qoyunlar kəsilərək cəbhə bölgəsində paylanılıb.

Sakinlər daim səngərdə dayanan əsgərimizin arxasında olduğunu və cəbhədən gələcək olan yeni qələbə xəbərlərini gözlədiklərini söyləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top