Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib - FOTO


"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir".

Bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva "İnstagram"da paylaşım edib.

Paylaşımda deyilir:

"Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"

DİGƏR XƏBƏRLƏR

Top