Xocalı qətliamının iştirakçısı Rüstəm Qasparyan öldü


1992-ci ildə Qarabağda, o cümlədən də Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər törədən “Qara panter” adlı terror qruplaşmasının rəhbəri Rüstəm Qasparyan bu gün müalicə aldığı xəstəxanada ölüb.

Yeniavaz.com erməni mətbuatına istinadən xəbər verir ki, o, ağır qəlpə yarası aldıqdan sonra Xankəndidən İrəvana aparılmışdı. 
Qeyd edək ki, həmçinin Qasparyanın 29 yaşlı oğlu bir neçə gün öncə Azərbaycan Orusu tərəfindən məhv edilib.
Məlumat üçün bildirək ki, 1961-ci il təvəllüdlü Rüstəm Qasparyan birinci Qarabağ döyüşləri zamanı “Qara panter” adlı terror qruplaşması təşkil edərək Azərbaycana qarşı döyüşüb.
1994-cü ildən sonra Ermənistan ordusunun polkovniki olan Rüstəm Qasparyan 2007-ci ildə sonra Ermənistan parlamentinin üzvü olub. “Çiçəklənən Ermənistan” partiyasının sədri, hazırda həbsdə olan Qagik Çarukyanın da qohumu olan Rüstəm Qasparyanın adı Ermənistanda müxtəlif cinayət işlərində hallanıb. 2014-cü ildə Rüstəm Qasparyanın oğlu Roma Qasparyan adam oğurluğuna görə həbs olunub.
Bu ilin iyun ayında baş verən “Tovuz hadisələri” zamanı “Qara panter” adlı qruplaşmanı yenidən yaratdığını bəyan edib. Sentyabr aynın 27-də Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra oğlu ilə birlikdə Qarabağa gələrək seperatçıların tərkibində Azərbaycan Ordusuna qarşı döyüşməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top