
Azərbaycanın sənaye şəhəri olan Gəncədə NB Satınalma və Ticarət MMC-ə məxsus “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimi olub. Yeniavaz.com saytı xəbər verir ki, təməlqoyma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov və şəhər ictimaiyyəti nümayəndələri iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bunun nəticəsində 100-lərlə insan işlə təmin olunacaq. “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov 37,5 hektar ərazidə yerləşəcək zavodun bağlı sahəsinin 50 min kvadrat metr olacağını vurğulayıb. Bu sahənin 2016-cı ilin mart ayında Satınalma və Ticarət MMC-ə verildiyini qeyd edən zavod direktoru bildirib ki, ərazinin təpələrdən və dərələrdən düzəlməsi, hamarlanması və bərkidilməsinə 8 ay ərzində 150 nəfər işçi çalışıb. Zavodun Zaqafqaziyada yeganə suni mərmər və qranit istehsal edəcəyini vurğulayan Aqil Həsənov qeyd edib ki, tikinti materialları ölkə xaricinə də ixrac ediləcək. Sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev və “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov sənaye obyektinin təməlini qoydu. Qeyd edək ki, dəmiryolu xəttinin vasitəsilə xammalların ətraf rayondan tikinti gedən sahəyə danışması, onları hazır məhsula çevrilib yerli və xarici bazarlara çıxarılması nəzərdə tutulub. 2017-ci ilin noyabr ayında istehsala başlayacaq zavodda 400 nəfərdən çox işçi çalışacaq.
Vüqar Nəbiyev
Tətbiqimizi yükləyə bilərsiniz