“Hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum”


“Azərbaycan Respublikasının inkişafı, beynəlxalq müstəvidə hörmətə malik olması, ölkə daxilidndə sosial, iqtisadi və digər problemlərin həlli, böyük layihələrin reallaşması Heydər Əliyev yolunun davamıdır.”
Yeniavaz.com 
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, dünya dəyişsə də bizim strateji hədəflərimiz dəyişməz olaraq qalıb: “ Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə Azərbaycan xalqı məni seçəndə, mən bildirdim ki, mən Heydər Əliyev siyasətinə sadiq qalacam və onun yolu ilə gedəcəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Müstəqilliyi möhkəmlətmək, həmin siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimə baş əyməmək və ərazi bütövlüyümüzü bərpa etmək. Qısaca desəm atamın vəsiyyəti bunlar idi. Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Biz buna nail olmaq üçün böyük əmək vermişik.  Siyasi, iqtisadi, diplomatik, hərbi və digər sahələrdə. Bizim ordumuz yenidən quruldu. Ordumuzun bacarıqları da hal-hazırda bütün dünyanın gözü önündədir. Məndə olan məlumata görə, inkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri bizim təcrübələrimizi öyrənirlər. Bu təcrübə əminəm ki, kitablarda, tədqiqatlarda da göstəriləcək”.
 

DİGƏR XƏBƏRLƏR

Top