Prezident: “Atəşkəsdən sonra 3 dəfə Hadrutu yenidən işğal etmək istədilər"


“Atəşkəsi istəyən Ermənistan oldu və onlar gördülər ki, döyüş meydanında işğal altında olan torpaqları qoruyub saxlaya bilmirlər. Buna görə də atəşkəs üçün müraciət etdilər və Rusiya bu missiyanı öz üzərinə götürdü”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib. Prezidentin bildirib ki, cəsədlərin və əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəs qəbul edilib:  “Lakin Moskva açıqlamasında da bildirildi ki, mahiyyət etibarilə müzakirələr davam etdirilməlidir və formatı dəyişməz qalmalıdır. Ancaq görünür ki, onlar bu atəşkəstən istifadə etmək istədilər. Bir gün keçməmiş Gəncə şəhərinə namərdcə hücum etdilər. Daha sonra digər şəhərləri vurmağa başladılar və faktiki olaraq atəşkəsi kobudca pozdular. Onlara atəşkəs ona görə lazım idi ki, öz qüvvələrini toplasınlar, səfərbərlik tədbirləri görülsün və beləliklə də bizə yeni hücumlar təşkil edilsin. Çünki, atəşkəsdən sonra onlar üç dəfə Hadrut qəsəbəsini yenidən işğal etməyə cəhd etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara aid olmayan torpaqları qaytarmaq və işğalçılıq siyasətini davam etdirməkdir. Onlar qəbul edə bilmirlər ki, Hadrut artıq işğaldan azad edilib və neçə gündür orada Azərbaycan bayrağı dalğalanır. Qəsəbənin ətrafında olan yüksəkliklərin böyük əksəriyyəti bizim nəzarətimizdədir. Hadrut götürülməsəydi, Xocavənd və Füzuli rayonunun kəndləri də azad edilə bilməzdi”.

DİGƏR XƏBƏRLƏR

Top