Bosniya lideri Bəkir İzzətbəyoviç COVID-19-a yoluxub


Bosniya və Hersoqovinada Demokratik Fəaliyyət Partiyasının (SDA) sədri və Xalq Məclisi sədrinin müavini Bəkir İzzətbəyoviçin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, məlumat partiya tərəfindən verilib.
İzzətbəyoviçin əvvəlcədən planlaşdırılmış bütün proqramları ləğv edilib. O, hazırda evində nəzarətdədir və səhhətində heç bir problem yoxdur.
Bosniya və Herseqovinada bu günə qədər 32 min 845 nəfərə koronavirus diaqnozu qoyulub, 980 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top