Çavuşoğlu Ukraynanın xarici işlər nazirinin müavinini qəbul etdi


Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, Ukraynanın Xarici İşlər nazirinin müavini Əminə Cabbarı qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu öz tviter səhifəsində paylaşım edib. O, Cabbarı bu vəzifədə ilk dəfə qəbul etdiyini qeyd edərək, görüşmədə ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirə edildiyini bildirib.
Nazir görüşmə əsnasında Krım məsələsində Krım tatarlarının yanında olduqlarını qeyd edib. Bundan başqa Türkiyənin Xarici İşlər naziri Ukraynanın Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı göstərdiyi dəstəyi də təqdir edib.

DİGƏR XƏBƏRLƏR

Top