Kim Kardaşyanın həyat yoldaşı ermənilərə dəstək postunu silmək məcburiyyətində qaldı


Erməni əsilli model Kim Kardaşyanın həyat yoldaşı reper Kanye Uestin sosial şəbəkə hesabında paylaşdığı post çoxsaylı insanın etirazına səbəb olduğu üçün onu silmək məcburiyyətində qalıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, reper Ermənistana dəstəyini bəyan etmək üçün erməni dostu ilə mesajlaşmasının mətnini sosial şəbəkədə paylaşıb.
Uestin “Ermənistanda sülh üçün konsert vermək istəyirəm. Xərclər başçı tərəfindən qarşılana bilərmi?” sualına Ermənistan vətəndaşı belə cavab verir: “İndi xeyr!”.
Sonra o, Ermənistanın düşdüyü çətin vəziyyətdən danışıb. O, hazırda Ermənistanın, Azərbaycanın İsrail və Türkiyədən aldığı dronlar qarşısında məğlub vəziyyətdə olduğunu deyərək, onları yalnız bir möcüzənin qurtara biləcəyini ifadə edib.
Ermənistana necə gedə biləcəklərini araşdırdığını deyən Uest, Ermənistan üçün dua etdiyini də vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top