Harvard Universitetindən tam təqaüd alaraq, ödənişsiz kurs keçən azərbaycanlı xanım – 17 yaşlı Ayla


Harvard Universitetindən tam təqaüd alaraq, ödənişsiz kurs keçməyə müvəffəq olan azərbaycanlı xanım 17 yaşlı Ayla Nicat qızı Məlikovadır.
Yeniavaz.com
xəbər verir ki, Ayla keçən il MDB ölkələri arasında keçirilən müsabiqədə 12.000 məktəbli arasında birincilik qazanıb. Bununla da o, kitabının pulsuz nəşr edilməsinə nail olub. Ayla bir neçə ay sonra eyni anda 5 ABŞ, 2 Türkiyə universitetindən qəbul alıb. Bu yay isə Harvard Universitetində tam təqaüdlü kurs keçib.
Bundan başqa, Ayla Stanford Universitetinin “Debate Society” proqramı üzrə prezidentliyə namizədliyini irəli sürürək, “Policy Debate Azerbaijan”nın prezidenti seçilib.

DİGƏR XƏBƏRLƏR

Top