DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevə yeni vəzifə verilib.
Yeniavaz.com xəbər verir ki, o, BDYPİ-nin rəis müavini vəzifəsinə təyin olunub.
K.Əliyev eyni zamanda BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəisi vəzifəsini də daşıyacaq.
Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan vəfat edib
***00:44
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilib.
“BakuPost”un xəbərinə görə, K. Əliyev BDYPİ-nin İmtahan Qeydiyyat idarəsinə rəis təyin olunub.
Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan rəhmətə getmişdi.