Ermənilərin Qarabağdan qaçmaması üçün göstəriş verildi


İşğal altında olan Qarabağdakı seperatçı rejimin rəhbəri Arayik Harutyunyan insanların işğal olunan əraziləri tərk etməmələri barədə göstəriş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Arayik Harutyunyan social şəbəkə hesabında paylaşıb.
İşğalçıların lideri bildirib ki,  hərbi vəziyyətlə əlaqədar olaraq insanların sərbəst hərəkət etmək hüququna müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Eyni zamanda “Artsax vətəndaşları”nın adı çəkilən ərazini tərk etmələri üçün xüsusi icazə almaları lazım olacaq.
Bu işlərə nəzarət etmək üçün qondarma rejimin Fövqəladə Hallar Xidmətinin “direktoru” Karen Sarkisyan komendant təyin edilib.
Qeyd olunur ki, komendatın verdiyi icazə kağızı olmadan işğal olunmuş ərazilərdən kənara çıxmaq qadağan olunur.

DİGƏR XƏBƏRLƏR

Top