Məşhur müğənni Corc Maykl vəfat edib

Məşhur britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib. Bu barədə bazar günü axşam müğənninin agentinə istinadən "Press Association" nəşri məlumat yayıb. "Corc Maykl evində sakit şəkildə vəfat edib", - deyə o bildirib. Corc Maykl kimi məşhur olan müğənninin əsl adı Georgios Kiriyakos Panayotoudur. O, Londonda dünyaya göz açıb və 1980-ci illərin əvvəllərində sinif yoldaşı Endryu Ricli ilə "Wham!" pop-duetinin tərkibində çıxış etməyə başlayaraq fenomenal şöhrət əldə edib. Maykl 1986-cı ildə kollektivin dağılmasından sonra solo ifaçı kimi karyerasını davam etdirib. Onun hitləri Atlantik okeanının hər iki tərəfində dəfələrlə musiqi hit-paradlarının lideri olub. Azərbaycan dinləyiciləri onu daha çox "Careless Whisper" ("Qayğısız pıçıltı") mahnısı ilə xatırlayırlar.Report

DİGƏR XƏBƏRLƏR

Top