
Hidrogen peroksidi (perekisi) ilk dəfə 1818-ci ildə fransız kimyaçısı Lui Jak Tenar barium-peroksidə sulfat turşusu ilə təsir etməklə almışdır. Hazırda hidrogen peroksiddən sənayedə və 3 faizli məhlulundan isə tibbdə geniş istifadə olunur. Düzgün qayda da istifadə edilərsə, tibbi baxımdan olduqca faydalıdır.
Yeniavaz.com “perekis”in tibbi və digər faydalarını təqdim edir:
3 faizli perekis məhlulu çox ucuz və bütün apteklərdə satılan faydalı məhsuldur. Əsasən əməliyyatlarda (antiseptik vasitə kimi) və dəridə yaralar, sıyrıqlar zamanı geniş istifadə edilir.
- Qankəsici xüsusiyyətə də malikdir və burun qanaxmaları zamanı pambığı bir qədər 3 faizli perekisə batırıb burun dəliklərinə qoyaraq 10 dəqiqə gözləmək kifayətdir.
- Osteoxondroz ağrıları zamanı tənzifi hidrogen peroksidə batırıb, ağrıyan nahiyəyə qoymaq lazımdır. Bu zaman ağrı getdikcə azalacaq. Lakin dərinizin buna qarşı həssas olub-olmadığını yoxlamaq üçün ilk öncə tənzifi qoyduqdan sonra 15 dəqiqə gözləməyinizdə fayda var.
- Yoluxucu mikrobları (viruslar, bakteriyalar, göbələklər və s.) məhv etmə xüsusiyyətinə malikdir.
- Angina və boğaz ağrıları zaman qarqara etmək də xəstəliyi yüngülləşdirir. Tez-tez ağız boşluğunun qarqarası selikli qişanın qıcıqlanmasına və dilin sapaoxşar məməciklərinin hipertrofiyasına gətirib çıxara bilər.
- Diş ağrıları zamanı ağrıyan hissəni bir qədər “perekis”lə 5-6 dəfə qarqara etdikdə ağrılar azalır.
Bu məhlul kosmetologiyada da geniş istifadə olunur. Dəridə həddindən artıq yağlanma, sızanaqlar və qara nöqtələr varsa, gündə 2 dəfədən çox olmamaqla tətbiq edə bilərsiniz. Bunun üçün 50 ml tonikə 3 faizli “perekis” əlavə edilir.
- Soyuducunuzun içərisinə spreylə “prekis” tətbiq edin, səthlərə hopmasını gözləyin daha sonra təmizləyin. Bu proses soyuducunuzu sterilizasiya edəcək və bakteriyaları məhv edəcək.
- Ağ paltarlarınıza bir az hidrogen peroksid tökərək, ağardıcı kimi istifadə edə bilərsiniz.
- Xanımlar evin pəncərələrini yarı su və yarı 3 faizli hidrogen peroksidlə təmizləyə bilərlər.
- Yarım stəkan hidrogen peroksidi təxminən 4 litr su ilə qarışdıraraq bitkilərinizin böyüməsinə kömək edə bilərsiniz.
- Dezodorantların və spreylərin təsiri ilə rəngi dəyişən qolaltlarınızı təmizləmək və ağartmaq üçün mükəmməl bir vasitədir. Eyni zamanda xoşagəlməz qoxuların da qarşısını almağa kömək edir.
Əks göstərişləri: Oksigenin gözlənilməz azad olunması ilə bağlı mümkün olan toxumaların zədələnmə ehtimalına görə damaqların kəskin iltihab proseslərində və xoralarında istifadə olunmamalıdır.
HAŞİYƏ: Bir çox mənbələrdə hidrogen peroksidin daxilə qəbul edilməsi ilə bağlı yazılar var. Lakin bu addımı həkim məsləhəti olmadan atmaq bir çox fəsadlar törədə bilər. Ona görə də, bu addımı atmamağınız məsləhətdir. Bundan başqa, 12 yaşdan kiçik uşaqlarda və hamilə qadınlarda ağız boşluğu yaralarının müalicəsində istifadə etmək təhlükəli ola bilər.
İlahə Hüseynova