İŞİD bayrağı ilə Danimarka-Almaniya sərhədini keçdi

Berlində terror hücumundan sonra Avropadakı sərhədlərin nə qədər nəzarətsiz olduğunu göstərmək üçün adı açıqlanmayan bir nəfər əlində İŞİD terror qruplaşmasının bayrağı ilə sərhədi keçib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, danimarkalı gənc Almaniya sərhədini keçdiyi görüntüləri “YouTube” kanalına yükləyib. O, videoda bunu şərh edərkən deyib: “Sərhəd nəzarətini sınayırıq. İŞİD terrorçusu görünmədən sərhədi keçə bilərmi? Sərhəd nəzarəti yoxdur. Açıq sərhədlərlə özünüzü rahat hiss edirsinizmi?” Gənc videonun sonunda silahla atəş açırmış və qırtlaq kəsirmiş kimi hərəkətlər edir.

DİGƏR XƏBƏRLƏR

Top