Meksikada bir gündə 114 nəfər qətlə yetirilib


Ötən həftə sonu Meksikanın müxtəlif şəhərlərində 114 nəfər zorakılıq hallarının qurbanı olub.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, bu barədə məlumat təhlükəsizlik kabinetinin gündəlik hesabatında verilib. Meksika, Puebla, Quanajuato və Miçoakan ölkənin ən çox zorakılıq göstərilən ərazisi kimi təqdim olunur.
Məsul şəxslər tərəfindən bu ayın əvvəlindən ölkədə 890 cinayət işləndiyini bildirərək, 80 nəfərin zərər gördüyü açıqlanıb.
Rəsmi məlumata əsasən, keçən ay Meksikada zorakılıq hadisələrində ümumilikdə 2315 nəfərin öldürülüb.
Meksikanın təhlükəsizlik orqanları gündəlik artan qətllərin qarşısının alınması məqsədilə əməliyyatlara başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top