İsrailin Ali Məhkəməsi Azərbaycana silah satışına qoyulan qadağa ilə bağlı vəsatəti dəlil çatışmazlığı səbəbindən rədd edib.
Yeniavaz.com “Yerusəlim Post” nəşrinə istinadən bildirir ki, Azərbaycana silah satışına qadağa qoyulmasını insan haqları müdafiçisi İtay Mak tələb edib. İsrail mətbuatı yazır ki, İtay Mak məhkəməyə ünvanladığı vəsatətini əsaslandıra bilməyib.
İsrailin Ali Məhkəməsindən verilən açıqlamada bildirilib, təqdim olunan iddia ərizəsində Azərbaycanın İsraildən aldığı silahlar ilə hərbi cinayətlər törətdiyinə dair heç bir sübut olmayıb.