"Həmin gün saat 2 radələri olardı, hamı təbii ki, o vaxt yatırdı. Birdən partlayış oldu. Kim harada idi, kim dağıntılar altında qaldı, kim çıxdı, kimi çıxartdılar hamısı anidən baş verdi. Partlayış, toz, duman, qorxu, həyəcan... İlk başlarda nə baş verdiyini anlamadıq. Daha sonra özümüzə gəldik, FHN-nin xilasedici qrupu, əsgərlər, qohumlar, eşidənlər hamısı gəldilər. Bütün gecəni burada iş getdi. Bir neçə şəxsi dağıntıların altından çıxartdılar".
Yeniavaz.com xəbər verir ki, bu sözləri dağıntıların altından sağ çıxan Gəncə sakini Həsənov Şahəddin yaşadıqları dəşətli hadisələri danışarkən deyib.
Qeyd edək ki,ötən gün gecə saatlarında Ermənistan tərəfindən raket atəşinə məruz qalan Gəncə şəhərində baş verən partlayış nəticəsində, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb, 30-dan çox ev və 50-dən çox iş yeri zərər görüb.