Gəncə sakini: "2 yaşlı nəvəm dağıntıların altında itmişdi, anası qışqıra-qışqıra..." – VİDEO


"Axşam yatırdıq birdən ev başımıza uçdu. Pəncərələr, qəlpələr... Uşaqlar nə olduğunu başa düşmədi. Məryəm dağıntıların altında itmişdi, harada olduğunu tapa bilmirdik. Anası qışqıra-qışqıra axtarırdı. Özüm də xəstə adamam, nə çəkmişəm Allah bilir. Anası da özündə deyil. Evimiz tamamilə yararsız hala düşüb".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri dağıntılar altından çıxarılan 2 yaşlı Həsənova Məryəmin nənəsi Qurbanova Elmira yaşadıqları dəhşətli anları danışarkən deyib.
Qeyd edək ki, 11 oktyabr tarixində Etmənistanın Gəncəyə raket atması nəticəsində 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top