"Türk malı alsaq, xeyir qardaşımıza qalar" – Deputat


"Azərbaycanın 13 milyard 667 milyon dollarlıq illik idxalında 4 ölkə 1 milyard dollardan artıq paya malikdir. Belə ki, ötən il Rusiyadan 2 milyard 290 milyon dollar, Türkiyədən 1 milyard 646 milyon dollar, Çindən 1 milyard 432 milyon dollar və İsveçrədən 1 milyard 223 milyon dollarlıq mal almışıq. Qalan 7 milyard dollarlıq idxalımız isə digər ölkələrin payına düşür. İdxal həmin ölkəyə valyuta dəstəyi deməkdir. Yəni, biz hansı ölkədən idxal ediriksə həmin ölkəyə valyuta göndəririk".
Yeniavaz.com
xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, Qarabağımız uğrunda apardığımız savaşda Türkiyənin Azərbaycana ciddi siyasi dəstəyi var:
"Son illər bir sıra aparıcı dövlətlərin qardaş ölkəyə olan siyasi basqıları Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyib. Biz bazarlıq edən zaman yerli məhsullar ilə yanaşı Türkiyə malları almaqla qardaş ölkə iqtisadiyyatına töhvə vermiş olarıq. Hamımız Türk malı alsaq, xeyir qardaşımıza qalar".

DİGƏR XƏBƏRLƏR

Top