Qəzaya uğramış Rusiya təyyarəsində terror aktı versiyası araşdırılır

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində terror aktı versiyasını araşdırır. “Yeniavaz.com”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, FTB-nin əməkdaşı qeyd edib ki, Moskva bölgəsində Çkalovks hərbi aeroportunda və Adler aerportunda təyyarəyə girişi olanların hamısı yoxlanılır: “Güc strukturları terror aktı versiyasını araşdırırlar”. Qeyd edək ki Qara dənizdə qəzaya uğramlş təyyarənin göyərtəsində 92 nəfər olub, onlardaan 68-i Aleksdandrov adına ansamblın musiqiçiləri, 9-u jurnalist, 8-i hərbçi və 6-ı heyət üzvü olub.

DİGƏR XƏBƏRLƏR

Top