Hikmət Hacıyev: “Azərbaycan qorxaq, şərəfsiz bir düşmənlə üz-üzədir”


“Ermənistan tərəfinin bu addımı siyasi və hərbi təxribatdır”.
Yeniavaz.com
xəbər verir ki, bu Azərbaycan Respublikası Prezidentin köməkçisi Hikmət Hacıyev  bu gün Gəncə şəhərində keçirilən brifinq zamanı deyib.
O bildirib ki, hərbi təxribatla guya onlar Azərbaycan xalqını təşvişə salmaq istəyirlər: “Lakin onlar buna heç zaman nail ola bilməyəcəklər. Siyasi təxribata gəldikdə isə onlar 3-cü tərəfi münaqişəyə cəlb etmək və Azərbaycanı münaqişəyəqə təhrik etmək istəyirlər. Yəni, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfində olan hərbi obyektlərə zərbələr endirsin və daha sonra bunu Azərbaycana qarşı istifadə etsinlər. Ordumuz Azərbaycanın işğal olunmuş ərazilərində legitim hərbi hədəfləri sıradan çıxarmaqdadır. Humanitar atəşkəsin imzalanmağına baxmayaraq Ermənisan növbəti riyakarlığını göstərdi və Gəncəyə qarşı hücum həyata keçirdilər. Buna ATƏT-in Minsk qrupu özü dəyər verməlidir. Görsünlər ki, Azərbaycan necə qorxaq, şərəfsiz bir düşmənlə üz-üzədir”.

DİGƏR XƏBƏRLƏR

Top