“Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir”


“Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə terrorçu Ermənistan tərəfindən yaşayış binalarına dağıdıcı və dəhşətli raket hücumu nəticəsində çox sayda ölü və yaralı var”.
Yeniavaz.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev "Twitter" hesabında yazıb.
O, çox sayda meyitin hələ də dağıntılar altında qaldığını bildirib: “Bu, müharibə cinayətidir və mülki insanlara qarşı soyqırımıdır”.
 

DİGƏR XƏBƏRLƏR

Top