Gəncədə ölənlərin sayı 7-ni keçdi - FOTO - VİDEO - YENİLƏNİB

“Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb”. 

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb. 

O qeyd edib ki, indiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb: “Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.

***8:00
Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri  Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutublar.  

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralı var. Yaralılar arasında azyaşlılar da var. 

***05:00

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edir.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, yaxın saatlarda düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub.

Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb. Ölənlərin və yaralananların olduğu bildirilir.

Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir. 

Qeyd edək ki, düşmənin zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.





 

DİGƏR XƏBƏRLƏR

Top