Türkiyə XİN: “Azərbaycan sonuncu dəfə Ermənistana torpaqlardan çəkilməsi üçün fürsət verdi”


Türkiyə yalnız Azərbaycanın razı olacağı həll istiqamətini dəstəkləyir.

Yeniavaz.com xəbər verir ki, Türkiyə XİN tərəfindən yayılan bəyanatda  Azərbaycanın öz imkanları və özünə inamı ilə işğal olunmuş torpaqlarını geri ala biləcəyini Ermənistana və bütün dünyaya göstərdiyi vurğulanıb:
"Bu müddətdə dünyanın dörd bir yanından humanitar məqsədlərlə atəşkəs tələbləri gəldi. Azərbaycan da sonuncu dəfə Ermənistana torpaqlardan çəkilməsi üçün fürsət verdi. İşğal olunmuş ərazilərdən geri çəkilmək üçün bir fürsət verdi. Atəşkəs münaqişənin həll olunma yolu deyil. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək".
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top