
Xəbər verdiyimiz kimi, gələn ildən hər ay pinəçilər 5 manat, bağbanlar 10 manat, naqqaşçılar 20 manat, müğənnilər 30 manat vergi ödəyəcəklər. Yeniavaz.com saytı xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bununla əlaqədar olaraq, üç məqama toxunub: "Birincisi, vergi agentləri üçün yeni vergi mükəlləfiyyəti müəyyən edilən sahələrdə çalışanların əksəriyyətinı müəyyənləşdirmək o qədər də asan iş olmayacaq. Çünki çəkməçi, pinəçi, saatsazın fəaliyyət yeri bəlli olsa, xüsusilə də fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ailələrdə təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işləri yerinə yetirənləri fəaliyyət məkanı qapalıdır. İkincisi, uzun müddət vergiyə cəlb edilmədən işləyən yuxarıda sadalanan kateqoriyalı az gəlirli fəaliyyətlə məşğul olub, yalnız minimal yaşayış xərclərini ödəmək üçün qazananların iqtisadi böhranla əlaqədar olaraq sifarişlərinin azaldığı zamanda hətta aşağı məbləğlər də olsa belə vergiyə cəlb edilməsi sosial baxımdan ədalətsizlik yanaşma sayıla bilər. Üçüncüsü, bu dəyişiklik bir daha göstərir ki, hökümətin növbəti ildən dövlət büdcəsinin mədaxil hissəsinin formalaşdırılmasında ciddi narahatçılığı var, yenə də böhranın xərci az gəlirli şəxslərin üzərinə qoyulacaq. Halbuki oliqarx-məmurların nəzarətində olan holdinqlərin və böyük şirkətlərin vergi öhdəliklərinin tam və vaxtında icrası hesabına bu problemi həll etmək mümkündür".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz