FHN “Araz” hotelinin söküntüsü zamanı divarın uçmasını təkzib edib

Azərbaycan FHN “Araz” hotelinin söküntüsü zamanı divarın uçması məlumatını təkzib edib.

Qurumdan haqqin.az-a verilən məlumata görə, FHN işçiləri söküntü işlərinə tam nəzarət edirlər və orada heç bir fövqəladə vəziyyət qeydə alınmayıb.

“Xəsarət alan qadına qaldıqda isə, insident bu ərazidə baş verməyib”, - məlumatda deyilir.

Qeyd edək ki, dünən Bakının Yusif Səfərov küçəsində “Araz” hotelinin söküntü işləri aparılan zaman bitişik binada yerləşən şirkətin əməkdaşları xəsarət alıb.

Virtualaz.org-un xəbərinə görə, fəhlələr həmin şirkətin əməkdaşlarını iş yerini tərk etmələri barədə xəbərdar etməyiblər və hotel binasının daşıyıcı divarlarını sökməyə başlayıblar. Bu, qonşu binanın da divarının uçmasına səbəb olub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xəsarət almış qadınlardan biri xəstəxanaya çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top