Qırğızıstanda baş nazir işdən çıxarıldı, hökumət istefaya göndərildi


Qırğızıstanda iğtişaşlar davam edir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov yeni qərar imzalayıb. Qərara əsasən ölkənin baş naziri Kubatbek Boronov işdən çıxarılıb, hökumət istefaya göndərilib.
Qeyd edək ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün verdiyi açıqlamada ölkədə yeni kabinet qurulduqdan sonra istefa verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Qırğızıstanda parlament seçkilərindən sonra hökumət əleyhinə etirazlar başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top