
İraqın ən böyük ikinci şəhəri Mosulun İŞİD terror qruplaçmasından azad edilməsi əməliyyatına cəlb edilən ABŞ əsgərlərinin sayı açıqlanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hazırda cəbhədə olan amerikalı əsgərlərin sayı 5 mindən çoxdur. Bölgədəki hərbçilərin komandanı polkovnik Brett Silvia iki aydır davam edən Mosul əməliyyatını sürətləndirmək üçün ABŞ dəstəyinin artdığını bildirib. İŞİD-in nəzarətindəki Mosulun 25 faizi bu günədək azad edilib. Şəhərdə beş minədək İŞİD terrorçusunun olduğu güman edilir.
Tətbiqimizi yükləyə bilərsiniz