Bu ölkəyə hərbi müdaxilə edilə bilər

Qərbi Afrika ölkələrindən olan Qambiyada president seçkilərindən sonra yaranmış siyasi böhran getdikcə dərinləşir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 22 il əvvəl hərbi çevrilişlə hakimiyyətə gələn Yəhya Camme bu yaxınlarda keçirilmiş seçkilərdə məğlub olmasına baxmayaraq, vəzifəsindən getmək istəməməsi ölkədə siyasi böhrana səbəb olub. Qambiyaya kənardan hərbi müdaxilənin edilə biləcəyi gündəmə gəlib. Qərbi Afrika Ölkələri İqtisadi Birliyi Qambiyadakı vəziyyəti müzakirə edərkən bu variantı da nəzərdən keçirib. Birliyin rəhbəri Marsel de Souza qeyd edib ki, əgər Y. Camme yanvarın 19-dək məğlubiyyətini qəbul etməsə, Qambiyaya hərbi müdaxilə edərək orada nizamı təmin edəcək qoşunlar mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top