Rusiyada yeni növ koronavirusa yoluxan uşaqların sayı artmaqda davam edir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Rusiyada uşaqlar arasında yeni koronavirusa yoluxma halları artmaqdadır. Mütəxəssislərin verdiyi məlumata görə, bu tendensiya son iki həftədə müşahidə edilib. Bu barədə Milli Uşaq Sağlamlığı Tibbi Tədqiqat Mərkəzinin direktoru Andrey Fisenko bildirib:
"Son iki həftə ərzində uşaqlar arasında yeni növ koronavirusa yoluxma hallarında artım qeydə alınıb. Valideynlər uşaqlarında qoxu itkisi, temperaturun yüksəlməsi və öskürək kimi simptomların olmasından şikayətlənirlər. Bu tendensiya son 10 gündə həqiqətən artıb”.
Qeyd edək ki, bu günə qədər Rusiyada 1 milyon 260 min 112 nəfər koronavirusa yoluxub, 22 min 56 nəfər həmin xəstəlikdən dünyasını dəyişib.