Cəlal İsayev Azərbaycanın baş infeksionisti vəzifəsindən çıxarıldı - YENİ TƏYİNAT

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb. 
C.İsayev öz ərizəsi əsasında vəzifədən azad edilib. 
Digər əmrlə, Təyyar Eyvazov Səhiyyə Nazirliyinin baş infeksionisti təyin olunub. 
O, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.

DİGƏR XƏBƏRLƏR

Top