İraqda etirazçılar siyasi partiya binalarını yandırdı


İraqın cənubundakı Nasiriyah şəhərində hökumət əleyhdarı olan nümayişçilər iki siyasi partiyanın binasını yandırıb.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, Kərbəla şəhərində təhlükəsizlik qüvvələrinin hökumət əleyhdarlarına göstərdiyi sərt münasibət etirazlara səbəb olub. Bu etiraz, Nasiriyah şəhərində yerləşən Hikmət Akımı və Ammar əl-Həkimin rəhbərlik etdiyi Bədr Təşkilatının binasının yandırılması ilə nəticələnib.
Bölgəyə yanğınsöndürənlər cəlb olunub. Bundan başqa etirazçılar şəhərin mərkəzindəki əl-Həzərat körpüsündə təkərləri yandıraraq, nəqliyyat vasitələrinin gediş-gəlişinə mane olublar.
Qeyd edək ki, Kərbəlada təşkil edilən Ərbəin mərasimində iştirak edən bir qrup şəxsin İran və ABŞ-a qarşı səsləndirdikləri şüarlar təhlükəsizlik qüvvələrinin sərt tədbirlər almasına səbəb olubmuş və nəticədə 100-dən çox insan yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top