Hərbçimizin canlı yayımda Türkiyəni heyran edən çıxışı – VİDEO


Qarabağ müharibəsinin 10-cu günündə Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsində iştirak edən azərbaycanlı hərbçi Türkiyəni özünə heyran qoyub.
Yeniavaz.com
xəbər veriri ki, "A Haber"in canlı yayımı zamanı kanalın müxbiri Kerim Ulah və aparıcı Ərkan Tan xoş sürprizlə qarşılaşıblar. Belə ki, hərbçilərimizdən biri Türkiyənin İstiqlal marşından bir parça deyib:
"Ben ezelden beridir hür yaşadım hür yaşarım.
Hangi çılgın bana zincir vuracakmış? Şaşarım!
Arkadaş, yurduma alçakları uğratma sakın,
Siper et gövdeni, dursuz bu hayasızca akın".
Daha sonra hərbçi ən böyük xəyalının Xankəndidə "Galatasaray" "Qarabağ" matçı izləmək olduğunu deyib.
Bundan başqa, K.Ulak Ermənistan ordusunun, o cümlədən baş nazir Nikol Paşinyanın vəziyyətinin ağır olduğunu və şanlı Azərbaycan ordusunun dastan üstünə dastan yazaraq, erməniləri məhv etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top