BMT-dən Azərbaycan və Ermənistana daha bir çağırış


BMT Azərbaycana və Ermənistana müharibəni dərhal dayandırmaq üçün yenidən çağırış edib.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, çağırış təşkilatın sözçüsü Stefan Dujarrik vasitəsilə tərəflərə bildirilib. O, mülki vətəndaşların öldürülməsi ilə bağlı təşkilat rəhbərliyinin təəssüfləndiyini də diqqətə çatdırıb.
BMT tərəflərə beynəlxalq hüquq çərçivəsində mülki şəxslərin və mülki obyektlərin qorunması üçün səslənib. Təşkilat rəsmisinin sözlərində deyilir ki, münaqişəni müharibə yolu ilə həll etmək olmaz. Bölgədə sabitliyin təmin edilməsi üçün Qafqazda söz sahibi olan tərəflər və ATƏT müharibəni dayandırmaq üçün addım atmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top