
ABŞ prezidenti Donald Tramp, COVID-19-dan müalicə aldığı xəstəxanadan buraxılıb.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, Tramp, “Walter Reed” milli hərbi xəstəxanasında 3 gün müalicə alıb. Tramp sosial şəbəkə hesabında bildirib ki, hazırda özünü 20 il əvvəlkindən daha gümrah hiss edir. O, insaları koronavirusdan qorxmamağa və xəstəliyin həyatlarına hakim olmasına izin verməməyə səsləyib.
Tətbiqimizi yükləyə bilərsiniz