Qırğızıstanda parlament seçkiləri ləğv edildi - YENİLƏNİB


Qırğızıstanın Mərkəzi Seçki Komissiyası 4 oktyabr tarixində ölkədə keçirilən parlament seçkilərinin nəticələrini ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, 4 oktyabr tarixində Qırğızıstanda parlament seçkiləri keçirilib. Bir çox müxalifət tərəfdarı seçkilərdə qanun pozuntusu və saxtakarlığa yol verildiyi iddiası ilə küçələrə çıxıb. Çox sayda etirazçı hökumət əleyhinə aksiya keçirib. Nümayişlərdən sonra 12 siyasi partiya Prezident və Parlament binasını işğal ediblər.

***10:43
“Qırğızıstan prezidenti parlament seçkilərinin nəticələrinin ləğv edilməsinə icazə verdi”.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Tolqonai Stamaliya məlumat verib:
“Mövcud vəziyyəti nəzərə alaraq dövlət başçısı Mərkəzi Seçki Komissiyasına bildirib ki, qanun pozuntuları ilə əlaqədar parlament seçkilərinin nəticələri diqqətlə öyrənilsin, hətta ehtiyac olarsa nəticələr ləğv edilsin”. 
Verilən məlumatlara görə, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev həbsdən buraxılıb. 
Qeyd edək ki, dünən Qırğızıstanda parlament seçkiləri keçirilib. Bir çox müxalifət tərəfdarı seçkilərdə qanun pozuntusu və saxtakarlığa yol verildiyi iddiası ilə küçələrə çıxıb. Çox sayda etirazçı hökumət əleyhinə aksiya keçirir.

DİGƏR XƏBƏRLƏR

Top