MN: Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb


Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top