Azərbaycan XİN-dən Gəncə ilə bağlı AÇIQLAMA


Azərbaycan Xarici İşlər Nazirliyi bu gün saat 10 radələrindən Ermənistan ərazisindən atəşə tutulan Gəncə ilə bağlı açıqlama yayıb.

Yeniavaz.com xəbər verir ki, nazirliyin rəsmi tvitter səhifəsində paylaşım edilərək şəhərin raket atəşinə tutulduğu qeyd olunub:

“Ermənistan Silahlı Qüvvələri Tərtər, Beyləqan və Gəncənin mülki əhalisi və mülki infrastukturunu atəşə tutur. Cəbhədən 60 km məsafədə olan Azərbaycanın Gəncə şəhəri Ermənistan tərəfindən raket atəşinə tutulub”. 

Həmçinin bildirilib ki, son erməni təxribatı nəticəsində indiyədək 22 nəfər mülki şəxs həlak olub, 74 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top