ƏƏSMN Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

ƏƏSMN-dən verilən məlumata görə, Nazirliyin rəhbərliyi və aparatı, eləcə də tabelikdə olan qurumların (DOST, Məşğulluq, Sosial Xidmətlər, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri, DSMF, Əmək Müfəttişliyi Xidməti və b.) rəhbərliyi və əməkdaşları könüllü olaraq aylıq vəzifə maaşlarından ordumuza maliyyə dəstəyi ianə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top