Ermənilərin Goranboya atdığı mərmi evi yararsız hala salıb


Goranboyun Tapqaraqoyunlu kəndinə düşən mərmi fərdi evi dağıdıbə

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayon Tapqaraqoyunlu kəndi atəşə tutulub. Mərmilərdən biri kənd sakinlərindən birinə məxsus fərdi yaşayış evinə düşüb. Nəticədə ev yanaraq tamamilə yararsız hala düşüb. 

Qeyd edək ki, həmin bölgədə düşmən təxribatı davam edir və Azərbaycan Ordusu tərəfindən düşmənə layiqli cavab verilir.

DİGƏR XƏBƏRLƏR

Top