Ermənistan XİN açıqlama yaydı: "Azərbaycanla atəşkəsi bərpa etməyə hazırıq"


Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanla yenidən sülh danışıqlarına qayıtmağa hazır olduqlarını açıqlayıb.
Yeniavaz.com
“BBC”yə istinadla xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi, ATƏT-in Minks qrupunun üzvləri Fransa, Rusiya və ABŞ-la müharibənin dayandırılması və atəşkəsin yenidən bərpa edilməsi üçün danışıqlara hazır olduqlarını açıqlayıb.
Xatırladaq ki, sentyabrın 27-də səhər saatlarında Ermənistanın hücumu ilə başlayan müharibə Azərbaycan Ordusunun qələbəsi ilə davam edir. Son 6 gündə Ermənistanın çox sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ermənistanın baş naziri Nikol Paşinyan bu gün dünya ölkələrini və beynəlxalq təşkilatları Azərbaycanı dayandırmağa çağırıb.
Azərbaycan tərəfi isə müharibənin dayandırılması üçün yeganə şərtin ermənilərin Azərbaycan torpaqlarını tərk etməsi olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top