Flora Kərimova: "Heç şübhəm yoxdur ki, torpaqlarımız işğaldan azad ediləcək"


"Yaşım imkan versəydi mən də əsgərlərin yanında olardım".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova saytımıza açıqlamasında bildirib. O, son zamanlar cəbhə xəttində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə əldə etdiyimiz uğurların sevinc hissini bizimlə bölüşüb.
Xalq artisti bildirdi ki, Allah qoysa subayların toylarını Şuşada qeyd edərik: "Oradan toy səsi gəlsin inşallah. Millətə yayaq ki, orada bu şəxsin, bu saytın, qəzetin nümayəndələrinin toyudur. Azərbaycanın da yarısı oraya təbrikə gəlsin. Mən də cavanlarımızı təbrik edim, onlara mahnı oxuyum. Bu yaşlı vaxtımda Şuşanın bulaq başından xəlbirlə su daşıyım. Hər birinizi orada görmək istəyərdim. Eyni zamanda Şuşada kabab çəkmək, ay can demək istəyirəm. Çox şey istəyirəm... Allah təki ömür versin. Heç şübhəm yoxdur ki, torpaqlarımız işğaldan azad ediləcək. Amma çatdırmaram... Çatdırmamağıma baxmayaraq ruhum şad olar. Deyərsiniz ki, "Təbrik edirəm Flora xanım, ruhunuz şad olsun, artıq Şuşamız, Ağdamımız var"".
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top